“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür. Fransanın belə imkanı olsaydı ondan elə müqavilə öhdəlikləri olan ölkələrdə istifadə edərdi”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
O, Fransanın Afrika ölkələrindəki missiyalarının uğursuzluğa düçar olduğunu da xatırladıb.
“Fransa ən kritik anda müttəfiqlərini tərk etdi”, – deyə Rusiya XİN nümayəndəsi əlavə edib.
Mənbə: “Smotri” “Telegram” kanalı