“ABŞ-nin, Avropa İttifaqı dövlətlərinin, xüsusən Fransanın Ermənistan-Azərbaycan nizamlanması prosesində oynadıqları vasitəçilik rolu uğursuzluqla nəticələnib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə deyib.
M.Zaxarovanın sözlərinə görə, fransalı və amerikalı həmkarlarının Cənubi Qafqazda sülhün əldə edilməsinə dair iddiaları onların müntəzəm anti-Rusiya çıxışları ilə iflasa uğrayır.
Rusiyalı diplomat əlavə edib ki, Vaşinqton və Parisin hədəfi və istəkləri Moskvanın mövqelərini sarsıtmağa yönəlib və region xalqlarının taleyi ilə bağlı narahatlıq onların planlarına daxil deyil.