“NATO Ukraynadan öz anti-Rusiya maraqları üçün istifadə edir, bu ölkə vətəndaşlarının gələcəyi Qərbi narahat etmir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin sözlərini şərh edərkən deyib.
Sonuncu bəyan edib ki, Ukrayna məğlub olacağı təqdirdə Qərbin bu ölkəni bərpa etməsinin anlamı yoxdur.
“Ukrayna NATO-nun Rusiya əleyhinə kursu həyata keçirmək üçün bir vasitədir. Ukraynanın gələcəyi yalnız bu kontekstdə maraq doğurur. Onları ukraynalıların gələcəyi qətiyyən maraqlandırmır”, – Zaxarova qeyd edib.
Mənbə: iz.ru