• Şb. Noy 23rd, 2024

Zaxarova Zəngəzur dəhlizi haqqında: “Soçidə nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunub”

ByYenigun.news

Noy 2, 2022

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zəngəzur dəhlizinin perspektivləri barədə danışıb.

Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizinin təşkili ilə bağlı səyləri necə qiymətləndirdiyi barədə Türkiyənin “Anadolu” agentliyinin sualını cavablayıb.

“Biz marşrut terminindən istifadə edirik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə regionda nəqliyyat əlaqələrinin açılması problemi müzakirə olunub.

“Razılaşdırılıb ki, müvafiq işlər Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində davam etdirilsin. Yeri gəlmişkən, bu, üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatında müəyyən edilib”, – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilib və onun yekununda birgə bəyanat qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir