“Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək, həmçinin bu həftənin sonunadək Xarici İşlər Nazirliyinin xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Nəticə verən formatlarda görülən real iş göz qabağındadır. Biz mövcud olan formatlarda qalırıq. Biz real nəticə verən sənədlərin formatlarına və həyata keçirilməsinə əhəmiyyət veririk. Bu nəticəni mülki şəxslər, təsərrüfat subyektləri, bütövlükdə region hiss edir”, – deyə Mariya Zaxarova vurğulayıb.
Mənbə: TASS