2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək.
İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.
Qadınların pensiyaya çıxma yaşının artırılması “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar.
Hazırda pensiyaçıların 57 faizindən çoxu, yaşa görə pensiya alanların isə 63 faizi qadınlardır.
Qeyd edək ki, indi kişilər 65 yaşında pensiyaya çıxır. Yaşa görə pensiyaya çıxa bilmək üçün pensiya kapitalı minimum 28 800 manat olmalıdır və ya rəsmi iş stajı 25 ildən az olmamalıdır. İki şərtdən biri ödənmədikdə kişilər 65 yaşa, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiya yox, müavinət alırlar. Hazırda müavinətin məbləği 130 manatdır.