• Şb. Noy 23rd, 2024

Dövlət başçısı: “Azərbaycan COVID-ə qarşı vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib”

ByYenigun.news

May 20, 2021

Dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın bu quruma sədrliyini dəstəkləyiblər. Bu qurumun sədri kimi Azərbaycan COVID-lə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünü irəli sürüb və bu sessiya keçirilib.

Yenigun.news xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir çox ölkələrin tələbatlarından dəfələrlə daha çox vaksin sifariş etməsinə qarşı çıxıb, vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir