• C. Noy 22nd, 2024

Peyvənd olunanlar niyə maska taxmalıdır? — Hande Harmancıdan açıqlama

ByYenigun.news

Avq 10, 2021

“Pandemiya şəraitində 1,5 il keçirdik. İnsanlar yoruldu. Maska taxmaq asan şey deyil. Bunun fərqindəyik”.

Yenigun.news xəbər verir ki, bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, açıq məkanlarda maskasız gəzməyə icazə veriləndə insanlar düşünmüş ola bilərlər ki, artıq ümumiyyətlə, maskaya ehtiyac yoxdur:

“Elə deyil. Azərbaycanda peyvənd olunanların sayı çox artdı. Əhalinin təxminən 25 faizi iki doz vaksinasiyadan keçib. Beş milyondan çox insan isə ən az bir doza peyvənd qəbul edib.

Peyvəndlər bizi ağır xəstəlikdən, xəstəxanalıq olmaqdan və ölümdən qoruyur. Əgər virus bizim orqanizmimizə daxil olubsa, bunu başqalarına ötürməyimizin qarşısını almır. Yəni mən xəstələnmədən peyvənd olunmuş ola bilərəm. Bilirsiniz ki, peyvəndlər 100 faiz qorumur.

Virus mənə keçibsə, onu özüm xəstələnmədən başqalarına ötürə bilərəm. bu, o deməkdir ki, peyvənd olunsam da, maska taxmağa məcburam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir