• Şb. Noy 23rd, 2024

“Sual olunur ki, vaksinasiyadan keçməyən müəllimlər nə olacaq?”

ByYenigun.news

İyn 10, 2021

Sual olunur ki, vaksinasiyadan keçməyən müəllimlər nə olacaq? Vaksinasiyadan keçməyən təhsil işçilərinin yoluxma və yoluxdurma riski böyükdür”.

“Yenigun.news” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hər bir vətəndaş çalışmalıdır ki, özünün sosial məsuliyyətini dərk etsin və tez bir zamanda vaksinasiyadan keçsin:

“Bu, sentyabr ayında ənənəvi tədrisə qayıtmağın ən qısa yoludur. Bir daha vaksinasiyada iştirak edən vətəndaşlarımıza, müəllimlərimizə öz təşəkkürümü bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir