• Şb. Noy 23rd, 2024

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq

ByYenigun.news

İyl 15, 2021

Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.

Yenigun.news-un məlumatına görə, qüvvədə olan qaydalara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyublar.

Dəyişikliyə əsasən, iki dəfə şərti çıxarılıb. Beləliklə, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyacaq. Eyni zamanda Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının büstləri qoyulacaq.

İndiyə qədər yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırıblar. Dəyişikliyə əsasən, Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adları küçələrə, meydanlara veriləcək, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunmalarına dair şərt də ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir