Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlinin səhhəti yaxşılaşır.
Yenigun.news xəbər verir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan sənətçinin vəziyyəti düzəlib:
“Hər gün xəstəxana ilə danışıram. Hazırda durumu yaxşıdır. Müalicə alır. Ağır günləri geridə qoydu. Mətanət İsgəndərli ölümdən döndü”.
Qeyd edək ki, M.İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib.