• Be. Dek 30th, 2024

Türkiyə 10 ildən sonra “Avroviziya”ya qayıdır

ByYenigun.news

İyn 22, 2021

Türkiyə 34 ildir iştirak etdiyi “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.

“Yenigun.news” xəbər verir ki, bu barədə  ölkənin dövlət kanalı olan TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb.

O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq.

Qeyd edək ki, bir müddətdir Türkiyənin mədəniyyət üzvləri “Avroviziya”ya qayıtmaq barədə sosial şəbəkələrdə kampaniyaya başlayıblar.

Xatırladaq ki, Türkiyə ilk dəfə müsabiqəyə 1975-ci ildə Semiha Yankının “Səninlə bir dəqiqə” mahnısı ilə qatılmışdı. 2003-cü ildə Riqada keçirilən yarışmada Sertab Erener qalib gəlmişdi.

2013-cü ildə Türkiyə ümumilikdə 34 dəfə qatıldığı yarışmada iştirak etməmək barədə  qərar vermişdi. O dövrdə TRT-nin direktoru Bülent Arınç “Bu rəqabətə hansı güclü qrupla getsək də, istədiyimiz nəticəni əldə edə bilmərik. Türkiyənin tanıtımında çox aktivlik yoxdur”,- deyə bildirmiş, səsvermənin şəffaf keçirilmədiyini vurğulamışdı.

Türkiyə sonuncu dəfə Bakıda keçirilən yarışmaya iştirakçı göndərmişdi. Can Bonomo “Love me back” mahnısı ilə sonuncu təmsilçi kimi tarixə düşüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir