• Be. Noy 25th, 2024

Samirə Əmrahovanın ” Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı” layihəsinə start verilib

ByYenigun.news

İyn 25, 2021

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekunlarına əsasən, fərdi kateqoriya üzrə qalib olmuş və artıq icrasına başlanılmış layihələrdən biri də Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahovanın rəhbərlik etdiyi “Ana dilimizdə dinləyib-anlama bacarığının inkişafı” layihəsidir.
Layihənin əsas məqsədi təhsilalanlarda Azərbaycan dili fənninin “Dinləyib-anlama və danışma” məzmun xəttinin keyfiyyətli şəkildə reallaşması üçün təlimlərin təşkil edilməsi və resursların hazırlanması idi. Layihənin qarşısında şagirdlərdə Azərbaycan dili üzrə dinləyib-anlama bacarığının inkişafı təlimlərinin təşkil edilməsi, müəllimlərlə Azərbaycan dili fənnindən “dinləyib-anlama və danışma” məzmun xətti üzrə praktik işin aparılması təlimlərinin təşkil edilməsi, Azərbaycan dili üzrə “dinləyib-anlama və danışma” bacarığının inkişafı məqsədilə mətnlərin, sualların və audio resursların hazırlanması idi. Bu vəzifələrin hamısı uğurla həyata keçirilib. Layihə yanvar ayında bitsə də, müəllimlər təlimlərdən əldə etdikləri bacarıqları dərslərində tətbiq edirlər və şagirdlər dinləmə mətnləri üzərində tapşırıqları yerinə yetiriblər.
2020-ci il noyabrın 1-də layihənin onlayn təqdimatı təşkil edilmiş və təlimlərə start verilib, 2021-ci il yanvarın 9-da yekun bağlanış tədbiri keçirilib. Təlimə müxtəlif orta təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri və 9-cu sinif şagirdləri cəlb edilib. Layihənin reallaşmasında iştirak edən komanda üzvləri: ekspert Aliyə Əhmədova, peşəkar təlimçi Aidə Ələkbərova olub. Layihənin ötən il oktyabrın 15-dən bu il yanvarın 15-dək davam edib. Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Samirə Əmrahova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir