• Ca. Sen 4th, 2025

“X-XI siniflər distant formada tədrisə davam edəcək” – Nazir

ByYenigun.news

May 8, 2021

“Mayın 17-dən beş regionda həftədə üç dəfə ibtidai, iki dəfə V-IX sinif şagirdləri üçün əyani tədris bərpa olunacaq”.

“Yenigun.news” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, X-XI siniflərdə tədris distant formada davam edəcək:

“Hamımız çalışmalıyıq ki, sentyabrın 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir.

Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə beş dəfə əyani tədrisə qayıdacağıq”.