Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) xarici ölkələri təmsil edən dörd təşkilatla Anlaşma Memorandumları imzalayıb.
“Report” xəbər verir ki, bu sənədlər Türkiyənin IHH (İnsan Haqq və Hürriyyətlər) İnsani Yardım Vəqfi və İnsani Mina Fəaliyyətləri Dərnəyi (IMFAD), Sloveniyanın “İnternational Trust Fund Enhansing Human Security” (Beynəlxalq Etimad Fondu İnsan Təhlükəsizliyi Təkmilləşdirilməsi), Rusiyanın “Enerqotransproyekt” (Enerji və Nəqliyyat Elmi-Tədqiqat və Layihə İnstitutu) MMC ilə imzalanıb.
Sənədlərin imzalanması mərasimi Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans çərçivəsində keçirilib.