• Ça. Avq 26th, 2025

Prezident İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

ByYenigun.news

Apr 1, 2022

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti qərar imzalayıb.

Dəyişikliyə əsasən, Gəncə şəhəri bələdiyyə siyahısı aşağıdakı redaksiyada təsdiq edilib:

Kəpəz bələdiyyəsi – Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Nizami bələdiyyəsi – Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Hacıkənd bələdiyyəsi – Hacıkənd və Göygöl qəsəbələri.