• Bz. Noy 24th, 2024

Elmar Məmmədyarovdan Fərrux yüksəkliyi ilə bağlı AÇIQLAMA

ByYenigun.news

Apr 1, 2022

“2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatda hamı başa düşdü ki, Ermənistan Azərbaycan ilə təkbətək qalmaqdan qorxur. Ona görə də sazişə iki minə yaxın Rusiya sülhməramlılarının müvəqqəti olaraq orada yerləşdirilməsinə dair bənd əlavə edilib”.

Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

O, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini belə qiymətləndirib:

“Rusiya sülhməramlılarının müvəqqəti olaraq ora yerləşdirilməsi təxribatların bir qədər azalmasına kömək etdi. Amma son günlərdə Azərbaycan ordusunun Fərrux yüksəkliyinə nəzarəti bərpa etdiyini görürük. Deməli hər şeyin öz zamanı var. Bu da işlərin düzgün istiqamətdə getdiyini göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir