• Be. Noy 25th, 2024

Azərbaycan-İsrail: Yeni silahlar alınması gündəmdədir – TƏHLİL

ByYenigun.news

Apr 5, 2022

İsrailin turizm naziri Yoel Razvozov Azərbaycandadır, o, Prezident İlham Əliyevin qəbulunda olub.

Rəsmi məlumata istinad edərək, İlham Əliyevlə Yoel Razvozovun müzakirələrindən 4 xətti önə çıxara bilərik. Onlardan ikisi iqtisadi, ikisi isə hərbi-siyasi məzmun daşıyır:

1. İsrail şirkətləri Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji resurslarına sərmayə qoymaqda maraqlıdırlar,

2. Yüksək texnologiyalar sahəsindəki əməkdaşlıqda yeni faza açılır,

3. İkitərəfli münasibətlərdə hərbi-texniki əməkdaşlıq xüsusi önəm daşıyır,

4. Nazirin postmünaqişə dövründə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirməsi İsrailin Bakıya qoyduğu siyasi sərmayəni keyfiyyətcə yeni mərhələyə qaldırır.

Azərbaycan-İsrail əməkdaşlığının dərinləşməsi dünya nizamının dəyişdirilməsi cəhdləri fonunda aktuallıq kəsb edir.

İsrail kimi dövlətin Azərbaycanla maraqlarında toqquşan kəsişmələr mövcud deyil, bu isə əməkdaşlığın hamar xətt üzrə inkişafına töhfə verir.

İkitərəfli münasibətlərdəki hərarət Azərbaycanla İsraili təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını zəruri edir.

Əlaqələr ikili formatın sərhədlərini aşaraq üçtərəfli əməkdaşlığa yol açır – söhbət Azərbaycan, Türkiyə, İsrailin birgə maraqlar əsasındakı strateji gedişini müəyyənləşdirməsindən gedir. Bu gedişat regionun təhlükəsizliyi baxımından vacib əhəmiyyət daşıyır.

Azərbaycanla İsrail münasibətlərində hərbi-texniki əməkdaşlığın qol-qanad açması da postmünaqişə gerçəkliklərinin tələblərindən biridir.

44 günlük müharibədən sonra İsrailin “Meteor Aerospace” hərbi şirkəti bəyan edib ki, Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaratdı – həmin müəssisə “Meteor Aerospace” adlanır.

Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığının maliyyə tutumu ən son məlumatlara əsasən, 5 milyard dollar təşkil edib, ancaq həmin məbləğ bir neçə il öncə verilən informasiyadır.

Yəqin ki, bu məbləğ yuxarıya doğru dəyişəcək: yayılan məlumatlara əsasən, Azərbaycan iki milyard dollar dəyərində silah alınması üçün İsraillə danışıqlar aparır.

Bu mənada Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın ölçüsünü böyütmək üçün yeni müqavilə üzərində işlənildiyini söyləmək mümkündür.

İsrailli naziri Bakıya gətirən səbəblər daha çox iqtisadi amillərlə əlaqəlidir, lakin nəzərə alaq ki, Azərbaycan-İsrail arasındakı strateji partnyorluğu iqtisadi bağlar möhkəmləndirir.

İsrailin həmin tərəfdaşlıq əsasında Qarabağdakı layihələrdə iştirak səviyyəsini genişləndirməsi gələcək üçün daha praqmatik platforma yaradacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir