• Ça. Noy 26th, 2024

Lavrov: “Minsk qrupu “üçlüyü”nün gələcək taleyinin necə olacağını bilmirəm”

ByYenigun.news

Apr 8, 2022

“ATƏT-in Minsk qrupu “üçlüyü”nün gələcək taleyinin necə olacağını bilmirəm”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə çıxışı zamanı deyib.

Sergey Lavrovun sözlərinə görə, bu cür qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyidir. Rusiya XİN rəhbəri bildirib ki, ABŞ və Fransa sözügedən formatda Rusiya ilə ünsiyyətdə olmaq istəmirlər.

“Biz Qarabağ nizamlanması, eləcə də Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir