• Ça. Noy 26th, 2024

Ekspert: “Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında fəallıq göstərir”

ByYenigun.news

Apr 8, 2022

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında fəallıq göstərir”. 

Bunu “Report”a amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman Azərbaycan Prezidenti, Ermənistan baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti arasında aprelin 6-da Brüsseldə baş tutan görüşü şərh edərkən bildirib.

“Şarl Mişelin açıqlamasına görə, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan xarici işlər nazirliklərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə bağlı göstəriş vermək barədə razılığa gəliblər. Həmçinin bundan sonra atılacaq addımları və təmasları da müzakirə ediblər. Bu, danışıqlar dinamikasının müsbət məcrada getdiyini göstərir”, – ekspert qeyd edib.

“Azərbaycan və Ermənistanın iki başlıca məsələ üzrə prosesə aprelin sonunda başlamaq öhdəliyini götürmələri təqdirəlayiqdir. Amma sərhədlərin delimitasiyası və demarkasiyasını tanımağın konkret reallığa sadiqlik, o cümlədən Ermənistanın miflərdən əl çəkməsini şərtləndirdiyi üçün danışıqlar uzun çəkə bilər”, – deyə amerikalı ekspert fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir