• Be. Dek 22nd, 2025

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Byadmin

Apr 9, 2022

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.