Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə hazırlıq gedir.
Yerli medianın məlumatına görə, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında bildirib.
Sammitin bu il keçirilməsi planlaşdırılır.
Qeyd edilir ki, prezidentlərin görüşü Türkmənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ötən ilin fevralında Ankarada keçirilən üçtərəfli görüşünün əsas mövzularından biri olub. Həmin tədbirdə nazirlər üç ölkə prezidentinin qarşıdan gələn üçtərəfli sammitinin yol xəritəsini də müzakirə və müəyyən ediblər.
Baş nazirin müavini Meredov bundan başqa, Nazirlər Kabinetinin iclası zamanı bu il Türkmənistanda keçirilməsi gözlənilən Xəzəryanı dövlət başçılarının VI Zirvə görüşünə, həmçinin Mərkəzi Asiya Dövlətləri və Rusiya Federasiyasının Birinci Parlamentlərarası Forumuna hazırlıqla bağlı məlumat verib.
Mənbə: business.com.tm