İranda qadın siyasi fəallar Nərgiz Məhəmmədi və Aliyə Mətləbzadə İranın əmniyət gücləri tərəfindən tutularaq yenidən zindana salınıblar.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, onlar bir müddət əvvəl müalicə almaq üçün məzuniyyətə buraxılmışdılar.
Nərgiz Məhəmmədi ötən gün sosial şəbəkələrdəki hesabında ürək əməliyyatı olmasına baxmayaraq yenidən həbsxanaya qaytarılacağını bildirmişdi.