• Ç. Noy 27th, 2024

Paşinyandan ETİRAF: “Türkiyənin müttəfiqinin ərazi bütövlüyünü tanımamaq təhlükəlidir”

ByYenigun.news

Apr 13, 2022

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazi bütövlüyü ilə bağlı beynəlxalq ictimaiyyətin ona verdiyi mesajdan danışıb.

Bu barədə Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Beynəlxalq ictimaiyyət açıq şəkildə dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən danışır”, – deyə N.Paşinyan bildirib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşları İrəvanın bu cür mövqeyinin Ermənistan üçün böyük təhlükə olduğunu qeyd edirlər.

Nikol Paşinyan həmçinin Ermənistan üçün sülh gündəliyinə alternativ olmadığını vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir