Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Milli Məclisin sabahkı iclasında məsələ müzakirəyə çıxarılacaq.
Qrupa Soltan Məmmədovun rəhbər seçiləcəyi gözlənilir.
Qeyd edək ki, “dostluq qrupunun” hazırkı sədri Cavanşir Feyziyevdir.
Bundan başqa, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də dəyişdiriləcək. Həmin qrupa rəhbər kimi Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.
Hazırda isə həmin qrupun rəhbəri Sevinc Hüseynovadır.
Aqşin Kərimov