Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycana səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, səfər Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.
Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti üçün paytaxt Bakı şəhərində tur təşkil olunacaq və bir sıra görüşlər keçiriləcək.
Nümayəndə heyəti həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcək.