• Ca. Noy 28th, 2024

Qarabağda su ehtiyatlarının qiymətləndirilməsi barədə AÇIQLAMA

ByYenigun.news

Apr 14, 2022

“İşğaldan azad olunan ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazları qurulur. 10 çay üzərində 11 müasir hidroloji stansiyalar quraşdırılır”.

Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, ölçmələrə nəzarət həyata keçiriləcək:

“Bu məlumatların elektron rejimdə su təsərrüfatı informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir. Bütün ölkə üzərində mütəmadi monitorinqlər keçirilir. Avtomat stansiyalar fəaliyyətə başladıqdan sonra müşahidə məlumatları bərpa olunacaq. Çünki əvvəlki hidroloji stansiyalar məhv edilmişdi.

Yeni yaradılan cihazlarla müşahidələrin keyfiyyəti bərpa olunacaq, təhlükə yaradacaq hidrometeoroloji hadisələr izlənəcək, xüsusilə, sel və daşqın hadisələri barədə proqnoz vermə imkanları genişlənəcək. Eyni zamanda, ərazidən axan yerli və transsərhəd çayların müşahidə məlumatları əsasında bölgənin su ehtiyatlarının dəyişməsi prosesi də qiymətləndiriləcək”.

Nazir müşaviri qeyd edib ki, azad olunan ərazilərdə doqquz su anbarı mövcuddur:

“Onların həcmi 600 milyon kubmetrdən çoxdur. Düşmən bizi onlardan məhrum qoymuşdu. Həmin su anbarlarından əkin sahələrinin suvarılması üçün müxtəlif istiqamətlər üzrə imkanlar yaradılıb. Bütün dünyada, eləcə də ölkəmizdə su ehtiyatları azalır. Əlavə su itkilərinin azaldılması və sudan qənaətlə istifadə etmək lazımdır. Alternativ su mənbələrindən və sudan təkrar istifadə ilə bağlı layihələrin icrası nəzərdə tutulur”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir