• Ca. Noy 28th, 2024

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana rəsmi səfər edəcək

ByYenigun.news

Apr 14, 2022

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana iki günlük rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, L.Davitaşvili səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, enerji naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşlər keçirəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə tərəflərin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi və müxtəlif sektorlarda əməkdaşlıq məsələlərini müzakirə ediləcəyi bildirilib.

Gürcüstan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavinləri Quram Quramişvili, Romeo Mikautadze, Baş nazirin müşaviri İoseb Tkemaladze, Gürcüstan Dəmir Yolları şirkətinin baş direktoru Davit Peradze və digər rəsmilər daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir