• Ca. Noy 28th, 2024

Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi – FOTO

ByYenigun.news

Apr 14, 2022

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, Manset.az-a açıqlamasında məlumatı təsdiq edib:

“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.

Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir