“Azərbaycan artıq üçüncü dəfədir ki, Ukraynaya humanitar yardım göndərir”.
Oxu.Az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, budəfəki yardımlar tibbi ləvazimatlar və dərman vasitələrindən ibarətdir:
“Yardım müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarına göndərilir.
Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və iki ildir ki, oraya sədrlik edir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddət çəkən ölkələrdəndir. Ona görə də hansı ölkə olmağından asılı olmayaraq, müharibədən əziyyət çəkənlərə Azərbaycan dəstək göstərir”.
O qeyd edib ki, yardımlar ehtiyacı olacağı təqdirdə davamlı şəkildə göndəriləcək.
İlhamə Əbülfət