Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında aprelin əvvəlində Brüsseldə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.
Bu barədə cümə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Şarl Mişel Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqun inkişafına sadiqliyini bir daha təsdiqləyib. Həmsöhbətlər Ermənistanın baş naziri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycanın dövlət başçısı arasında aprelin 6-da Brüsseldəki görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda deyilir.
Həmçinin, Mişel və Paşinyan regiondakı vəziyyəti, eləcə də Ermənistanla Aİ arasındakı münasibətləri də müzakirə ediblər.