Şuşada tezliklə 20-dən çox yaşayış binasının inşasına başlanılacaq.
Bunu Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə aparılan quruculuq işləri ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Şuşada başlanan bərpa-quruculuq işləri daha böyük tədbirlər keçirməyə imkan verir.
Aydın Kərimovun sözlərinə görə, “Xarıbülbül” və “Qarabağ” otelləri artıq fəaliyyətdədir. Həmçinin şəhərdə 5 ulduzlu otel və konfrans mərkəzinin inşası davam edir.
“Xarıbülbül” hotelinin ikinci korpusunun inşasına da başlanılıb. Bu, növbəti il daha böyük tədbirlərin keçirilməsinə imkan verəcək”, – deyə o əlavə edib.