Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqaz regionunda vəziyyət və Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı müzakirələri davam etdirir.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd Cənubi Qafqazın sülh içində olmasıdır.
“Aİ dialoqda iştirak etməyə və dəstəkləməyə davam edəcək”, – deyə o, sözlərini yekunlaşdırıb.
Continued discussions with @azpresident on the situation in the South Caucasus region and the development of EU relations with Azerbaijan.
A peaceful South Caucasus that benefits all people living in the region is our objective.
The EU will remain engaged and support dialogue.
— Charles Michel (@eucopresident) April 23, 2022