• Be. Apr 29th, 2024

Zelenski Rusiya ilə danışıqları teatra BƏNZƏTDİ

ByYenigun.news

Apr 23, 2022

Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında danışıb.

“Mariupolda insanlar məhv edilərsə, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəyik. Amma oradakı insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır, əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir”, – Zelenski bildirib.

Ukrayna lideri hazırda ölkəsinin əsirlərin mübadiləsini təşkil etmək üçün səy göstərdiyini vurğulayıb:

“İndi biz Rusiya ilə praqmatik dialoqdan danışırıq, hər hansı etimaddan yox. Əraziləri işğaldan azad etmək imkanı olmadığı halda, Ukrayna əsirlərin mübadiləsini təşkil etmək üçün səy göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir