• Ça. Noy 26th, 2024

ABŞ-ın Ermənistandakı səfiri Bakıya gələcək

ByYenigun.news

Apr 25, 2022

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Bakıya səfərə gələcək.

“Report”un xəbərinə görə, səfərdə məqsəd aprelin 27-28-də Bakıda keçiriləcək missiya rəhbərlərinin konfransında iştirak etməkdir.

Konfransda onunla yanaşı ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD təşkilatının sədrinin köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şafer iştirak edəcəklər.

Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq yer alır. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir