• Be. Noy 25th, 2024

Azərbaycanla Gürcüstan birgə tarixi irsi araşdıracaqlar – Nazirdən ANONS

ByYenigun.news

Apr 27, 2022

“Azərbaycanla Gürcüstanın birgə tarixi irsinin araşdırılması üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib:

“Biz bunu vaxtından əvvəl elan etmək istəmirik. Ancaq çox maraqlı işlər və tədqiqatlar var. Hesab edirik ki, onların ərsəyə gəlməsi Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 30 illiyinə töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir