• Bz. Apr 28th, 2024

Azərbaycan-Gürcüstan: 19 müqavilə imzalanacaq

ByYenigun.news

Apr 27, 2022

“Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlığa əsaslanır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyib.

Ceyhun Bayramov qeyd edib ki, hazırda Azərbaycanla Gürcüstan arasında 19 müqavilənin imzalanması nəzərdə tutulur.

“Bu sənədlər münasibətlərin müxtəlif sahələrini əhatə edir. Biz bu müqavilələrə baxırıq. Yaxın zamanlarda biz bu müqavilələrin imzalanmasına və onun icrasına şahidlik edəcəyik”, – deyə Ceyhun Bayramov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir