Bu gündən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:
Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi – 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırılıb ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.
09:54
Səfir Elmira Axundova Azərbaycan səfirliyinin Kiyevdə işini tam həcmdə nə vaxt bərpa edəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Elmira Axundova APA-ya açıqlamasında səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidini ifadə edib.
“Ümid edirik ki, səfirlik Kiyevdə fəaliyyətini tezliklə bərpa edəcək”, – səfir vurğulayıb.