“Biz Cənubi Qafqazdakı yeni eranı aktiv şəkildə müdafiə edirik. Bura sülh və əməkdaşlıq daxildir”.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans deyib.
İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə müsbət cavab verib.
“Ermənistan hökuməti Azərbaycanın təqdim etdiyi 5 maddəlik baza prinsipini qəbul edib. Bu prinsiplər Ermənistanla sülh razılaşmasını özündə ehtiva edir”, – deyə İlham Əliyev əlavə edib.
Prezident xatırladıb ki, Azərbaycan və Ermənistan sərhəd delimitasiyasına başlamaq üçün birgə komissiyasının yaradılması barədə razılıq əldə edib.
“Əgər həmin baza prinsipləri əsasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülh olacaq”.
Aqşin Kərimov