Tezliklə Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyası görüşəcək.
Oxu.Az bildirir ki, görə, bu barədə Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda məlumat verib.
“Biz bir il bundan əvvəl Ermənistana təklif etdik ki, sərhəd delimitasiyasına başlayaq. Amma Ermənistan buna səssiz qaldı. Bəs niyə bir ili itirdilər? Bu, başadüşülən deyil. Amma nəticədə razı oldular”, – deyə İlham Əliyev əlavə edib.
Prezident deyib ki, Azərbaycan birtərəfli qaydada nəsə etmək istəmir, bunu Ermənistan hökuməti ilə birgə həyata keçirmək niyyətindədir.
“Amma bu, Ermənistanın daxilindəki siyasi proseslərin inkişafından asılı olacaq”, – deyə İlham Əliyev əlavə edib.
Aqşin Kərimov