• Bz. Noy 24th, 2024

İlham Əliyev sərhəd delimitasiyasında hansı xəritələrin əsas götürüləcəyini AÇIQLADI

ByYenigun.news

Apr 29, 2022

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən danışıb. 

Oxu.Az-ın məlumatına görə, Prezident “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib ki, sərhədlərlə bağlı çox xəritə var. 

“Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürüləcək. Biz təkcə bir xəritəyə yox, bir neçə xəritəyə konsentrasiya oluruq. 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub. 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkib ərazisi idi”, – deyə İlham Əliyev əlavə edib. 

Dövlət başçısı bildirib: 

“Azərbaycanın mövqeyi budur ki, sərhəd delimitasiyası üçün 1918-ci ildən başlayaraq, 1991-ci il, SSRİ-nin süqutuna qədər olan müddətdəki xəritələr əsas götürülsün”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir