• C. Okt 24th, 2025

Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”

ByYenigun.news

Apr 29, 2022

“Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

“Bir il yarımdır ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə vəziyyət ümumilikdə sabitdir. Əvvəllər sərhəddə cüzi gərginlik olub, indi orada da durum sabitdir”, – dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tunelin tikintisi zamanı Rusiya sülhməramlıları yüklərin Kəlbəcərə çatdırılması üçün mühüm nəqliyyat imkanları yaradır.