“Qərbdən olan tərəfdaşlar mənə deyirdilər – siz məğlub olmusunuz, torpaqlarınızın işğalını qəbul etməlisiniz, ərazi bütövlüyü məsələnizə yenidən baxmalısınız. Ancaq mən həmişə xeyr cavabını verirdim! Bu işdə inadkar, qətiyyətli olduğum üçün məni tənqid ediblər”.
“Caliber” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Mənim sizə məsləhətim – heç vaxt ərazi bütövlüyünüzün pozulması ilə barışmayın. İkinci məsləhət – həmişə öz resurslarınıza güvənin və beynəlxalq strukturların qətnamələrinə fikir verməyin, onların heç bir təsir gücü yoxdur. Ermənistan 30 il idi ki, BMT-nin qoşunları Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməsinə məhəl qoymurdu”.
Ölkə başçısı bəyan edib ki, Azərbaycan güclü ordu, güclü iqtisadiyyat və gənclərinə vətənpərvərlik əhvali-ruhiyyəsi aşılamaqla Qarabağ məsələsini həll etdi:
“Biz ordumuza böyük məbləğdə vəsait ayırırıq, əlbəttə ki, bizim vətənpərvərliyimiz hədsiz dərəcədə yüksək idi… Ermənistana kömək ediləcəyi aydın idi, lakin bu, bizə dayandırmadı. Mən Ermənistanın baş nazirinə qoşunlarını ərazilərimizdən çıxartmaq üçün imkan verdim, amma o, Azərbaycanın qalib gələcəyinə inanmırdı. Amma biz irəlilədik və sonda Ermənistan bizim tələblərimizlə razılaşmaq məcburiyyətində qaldı. Ən önəmlisi millətin qalib ruhudur. İndi biz gördüyümüz işlərlə fəxr edirik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, həm Rusiya, həm də Ukrayna ilə əla münasibətlərimiz var. Ərazi bütövlüyü prinsipləri pozulmamalıdır. Yeri gəlmişkən, biz həm Moldovanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”.