• Bz. Noy 24th, 2024

İlham Əliyev: “Fransa ilə siyasi münasibətlər normaya düşür”

ByYenigun.news

Apr 29, 2022

“Dünyanın aparıcı dövlətlərindən biri olduğu üçün Fransa ilə əlaqələr Azərbaycan üçün vacibdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransında Fransa ilə əməkdaşlıq məsələsini şərh edərkən deyib.

Dövlət başçısı iki ölkə arasında mədəniyyət sahəsində dərin əməkdaşlığın qurulduğunu bildirib.

“Siyasi münasibətlərimizə gəlincə, bu, normaldır, deyərdim ki, normaya düşür. Biz orada yaşayan erməni icmasının təsiri olduğunu da başa düşürük. Amma Fransa ilə münasibətlər bizim üçün önəmlidir, çünki o, dünyanın aparıcı ölkələrindən biridir. Bu, həm də bizim mövqeyimizi təqdim etmək baxımdan da əhəmiyyətlidir”, – ölkə başçısı diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir