“Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir. Biz bu sənədlə əməkdaşlığımızı bütün formatlarda rəsmiləşdirdik”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Azərbaycanın Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahələrində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.