• Bz. Noy 24th, 2024

Jan Mişel Brun: “Minsk qrupu canını tapşırıb və aktuallığını itirib”

ByYenigun.news

Apr 29, 2022

Fransada erməni diasporu güclü olduğundan bir çox siyasətçilər əlavə səslər qazanmaq üçün onlara dəstək verir.

“Report” xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun Bakıda jurnalistlərə bildirib.

“Azərbaycan-Fransa münasibətlərinə gəlincə, Fransa Minsk qrupunun həmsədri olub, amma Minsk qrupu, göründüyü kimi, canını tapşırıb və aktuallığını itirib. Bununla belə, Azərbaycanla Fransa arasındakı münasibətləri inkişaf etdirmək zəruridir”, – deyən fransalı jurnalist hazırda Şuşa haqqında kitab üzərində işlədiyini qeyd edib.

Bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşklıq” adlı beynəlxalq konfrans iştirakçılarıları ilə Prezident İlham Əliyevin görüşündən təəssüratlarını çatdıran qonaq deyib: “Prezidentin nitqindən xeyli təsirləndim. Üç saat ərzində kağızsız nitq söylədi və suallara səlis, aydın cavablar verdi. Qonşu ölkələrlə, Avropa İttifaqı ilə, Çinlə, başqa ölkələrlə münasibətlərdən danışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir