• Bz. Apr 28th, 2024

Əməkdar jurnalist vəfat etdi

ByYenigun.news

May 16, 2021

Əməkdar jurnalist Svetlana Nəcəfova 83 yaşında dünyasını dəyişib. 

“Yenigun.news” xəbər verir ki, jurnalistin vəfatı ilə bağlı Mətbuat Şurası nekroloq yayıb. Nekroloqda Azərbaycan jurnalistikasının və ümumiyyətlə ədəbi-bədii mühitinin tanınmış simalarından olan S. Nəcəfovanın vəfatı ilə əlaqədar mərhumun doğmalarına başsağlığı verilib.

Qeyd edək ki, Svetlana Hacı qızı Nəcəfova müxtəlif illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru, baş redaktorun müavini, “Respublika” qəzeti redaksiyasında şöbə müdiri vəzifələrində çalışıb. O, “Əməkdə fərqlənməyə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir