• Ç. Noy 27th, 2024

Emin Hüseynov: “Dünya Məskunlaşma Günü həqiqətən böyük və önəmli tədbirdir”

ByYenigun.news

Okt 2, 2023


“Zəngilanda çox maraqlı danışıqlarımız olmuşdu. Dünya Məskunlaşma Günü həqiqətən də böyük və önəmli tədbirdir. Bu platformanın təşkilatçılarına təşəkkür edirəm”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan Ümumdünya Məskunlaşma Günü forumunda panel çıxışında deyib.

O bildirib ki, bərpadan sonrakı proseslərdən danışarkən qeyd etmək lazımdır ki hər bir münaqişənin spesifik cəhətləri var:

“Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını müəyyənləşdirir. Eləcə də bərpa üçün ayrılacaq vəsaitin, zaman nəzər alınmalıdır. Amma bizim ərazilərimiz 30 illik işğalda olmasını nəzərə alaraq deyə bilərik ki, bəzi mühüm məqamlar var.

Ərazilər tamamilə dağıdılmışdı, biz şəhərlərin soyqırımı deyirik. 50 hektarlarla meşələr dağıdılıb və ekoterror adlandıra biləcəyimiz vəziyyət baş vermişdi. Tarixi, irsi, mədəniyyət abidələri dağıdılmışdı.

Bu 2-3 ilin yox, 30 ilin dağıntılarını. Məhz bu zaman, dünyada hamı dördüncü sənaye əsrini qeyd etdiyi dövrdə, bu hadisə baş verdi. Məhsuldarlığın artdığı dönəmdə Qarabağ iqtisadi zonası olaraq biz baş verənlərə qarşı adekvat tədbirlər görürük. Biz daha çox təbii fəlakətlərin deyil, münaqişədən sonrakı bərpa işlərindən danışsaq, bir milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazım olacaq. Mina çirklənməsi elə belə vəziyyət deyil. Bu durumda bərpa işləri, idarəetmə işləri də çətindir”.

E.Hüseynov onu da əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi regionunda da dağıntılar var:

“30 il ərzində nə təbiət, nə binalar, nə də abidələr salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir.

Bütün bu işçi qrupları eləcə də mütəxəssislər siyasi elitanın qaldırdığı məsələlərə texniki həll yolları axtarırlar. Eləcə də sahəvi lokal problemlər həll edilməlidir. Digər məsələ isə xüsusi nümayəndələrdir. Onlar yerli ərazilərdə təklif edilənlərin orada reallığını nəzərdən keçirməli, təhlillər aparmalıdır. Təhlil nəticəsi olaraq rəy verilməlidir. Bu idarəetmədə Azərbaycan nümunəsində son 3 ildə özünü doğruldur. Çevik bərpa işlərini hər birimiz görürük. Düşünürəm ki, uğurlu iş dərin təhlil və koordinasiyadan keçir”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir