.Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur, 24-cü Konqres Bakıda keçirilmişdir. Konqresdə çıxış edən Prezident İlham Əliyev demişdir ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. 2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir.
Sentyabrın 19-da başlayan və sentyabrın 20-də bitən lokal antiterror tədbirinin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxmış, erməni terrorçular silahlarını təhvil vermişlər. Sentyabrın 20-də axşam Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, əməliyyatın bütün məqsədlərinə nail olunub və Bakı Qarabağ üzərində suverenliyi bərpa edib. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə bir mesaj oldu ki, Azərbaycan hər zaman sülh yolu ilə torpaqlarını azad etməyə çalışır. Amma məqam yetişdikdə Azərbaycan dövləti öz sözünü deməkdən də çəkinmir.
Azərbaycanın fikrincə, 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.
İnanırıq ki, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir.
Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Sülh Ermənistanın yeganə çıxış yoludur.
Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi