• C. Noy 22nd, 2024

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına özəl sektorun cəlb edilməsi təklif olunur

ByYenigun.news

Noy 1, 2023


“Azərbaycanda 2022-26-cı illərdə icra olunacaq “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşdırılmasına özəl sektorun cəlb edilməsi arzuolunandır”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.

“Proqramın icrası ilə bağlı dövlət qurumları 30 milyard manatdan çox tələb qoyub. Bunun təxminən 22 milyard manatını hökumət qarşılayacaq. Təxminən səkkiz milyard manata qədər vəsait qalacaq ki, bunun da özəl sektora yönəldilməsi arzuolunandır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bank sektoru üçün də yaxşı imkanlar yaradacaq”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir